Yandex watch
Amerika alimləri yeni müalicə üsulu ilə İNQİLAB edəcək  -

ABŞ-də döş xərçənginin aqressiv formalarına qarşı "ağıllı bomba" kimi təqdim olunan yeni müalicə üsulu hazırlanıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Miçiqan Dövlət Universitetinin professorları Sophia Lunt və Richard Lunt-un rəhbərlik etdiyi tədqiqat qrupu fotodinamik terapiya (PDT) adlanan texnologiya üzərində işləyib. Onlar işığa həssas "siyanin-karboran duzları" adlı birləşmələrdən istifadə edərək xərçəng hüceyrələrini hədəfə almağı bacarıblar.

Siçanlar üzərində aparılan sınaqlarda bu birləşmələrin metastatik döş xərçəngi hüceyrələrini dəqiqliklə taparaq məhv etdiyi və sağlam toxumalara minimal təsir göstərdiyi müşahidə olunub. Proses zamanı işığa həssas maddələr bədənə yeridilir, sonra yaxın infraqırmızı işıqla aktivləşdirilərək yalnız xərçəng hüceyrələrində zərərli reaksiya yaradır.

Tədqiqatçılar bildirirlər ki, bu üsul həm də digər xərçəng növlərinə qarşı tətbiq oluna bilər. Yeni metod dərmanların yalnız hədəf hüceyrələrə çatdırılması baxımından da irəliləyiş hesab olunur.

Professor Richard Lunt bu uğuru müxtəlif elmi sahələrin əməkdaşlığı ilə mümkün olduğunu vurğulayaraq qeyd edib: “Belə kompleks problemlərin həlli interdisiplinar yanaşma tələb edir. Kimya, biologiya və materialşünaslığın vəhdəti yeni müalicə imkanları açır.”

Tədqiqat qrupu hazırda bu metodu digər xərçəng növləri üzərində sınamaq üçün işlərini davam etdirir.

Tərcümə: Könül Oruc

E-saglam.az