Qidalanma
Alzheimer xəstəliyi üçün olan dərmanın qiyməti ABŞ-da ciddi – NARAZILIĞA SƏBƏB OLDU
Qidalanma

Alzheimer xəstəliyi üçün olan dərmanın qiyməti ABŞ-da ciddi – NARAZILIĞA SƏBƏB OLDU

Amerikalı analitiklər və senatorlar Alzheimer xəstəliyi üçün Aduhelm dərmanı istehsal edən Biogen şirkətini tənqid ediblər.  Son 20 ildə bu xəstəlik üçün təsdiqlənmiş ilk dərmandır.

İstehsalçı, əvvəlki analitiklərin illik 8-10 min dollar qiymət proqnozlaşdırmasına baxmayaraq “Aduhelm”'i 56 min dollara satmağı planlaşdırır. 

E-saglam.az bildirir ki, FirstWordPharma bu qərarın böyük tənqid və qəzəbə səbəb olduğunu yazıb.

Klinik və İqtisadi İcmal İnstitutuna görə, Aduhelm dərmanının illik kursunun dəyəri 8.3 min dolları keçməməlidir.  Qəzet yazır ki, hər şeydən çox, alimləri dərmanın təsirinə dair məlumatlar və şübhələr narahat edir.

Senatın Maliyyə Komitəsinin sədri Ron Uayden “onsuz da hələ effektiv olduğu sübuta yetirilməmiş bir dərman üçün yaşlılardan və vergi ödəyicilərindən bu qədər məbləğ ödəmələrini tələb etmək utancvericidir" söyləyib.

Adukanumab (Aduhelm-in təsiredici maddəsi), insan beynində laxtalanma əmələ gətirən, hüceyrələrə zərər verən və yaddaş, düşüncə və ünsiyyət problemlərinə səbəb olan zülal amiloidi məhv edir.  Dərman 80 yaşdan kiçik və xəstəliyin ilkin mərhələsi olan insanlar üçün uyğundur. Dərmanın təyin olunmasından öncə həkimin ətraflı MRT müayinəsindən istifadə edərək dəqiq bir diaqnoz qoyması lazımdır.

Keçən ilin yazında üç min insanın iştirak etdiyi beynəlxalq adumanukab tədqiqatı son mərhələdə dayandırıldı. Sonra tədqiqatçılar, aylıq inyeksiya olaraq verilən dərmanın plasebo ilə müqayisədə fərqlənmədiyini bildirdi. Lakin təxminən altı aydan sonra, alimlər daha çox məlumatları analiz etdikdə aducanumabın yüksək dozalarda istifadəsinin, koqnitiv imkanların azalmasını əhəmiyyətli dərəcədə yavaşlatdığını aşkar etdilər.

Mənbə: Tibb.fed.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun