Tibbi xəbərlər
Alzheimer diaqnozunda yeni dövr -
Tibbi xəbərlər

Alzheimer diaqnozunda yeni dövr - İnqilabi yenilikdir

Alzheimerin erkən diaqnozu üçün qan testləri inqilabi yenilikdir. Əvvəllər bahalı və ağrılı prosedurlar tələb edən diaqnoz indi bir damla qanla mümkündür.

E-saglam.az xəbər verir ki, yeni testlər tau və amiloid zülallarını erkən mərhələdə aşkar edərək daha dəqiq nəticə verir. Bu üsul xəstəliyin müalicəsi üçün erkən müdaxilə imkanlarını artırır və səhiyyə sistemində geniş tətbiq oluna bilər.

ADAPT araşdırması bu testlərin klinik istifadəsini öyrənir və hansı mərhələdə tətbiq olunmasının vacibliyini araşdırır. Erkən diaqnoz yeni dərmanların effektivliyini artırsa da, etik və psixoloji suallar doğurur. ABŞ Alzheimer Dərnəyi simptomları olmayan şəxslərə diaqnoz qoyulmasını müzakirəyə çıxarır. Lakin bu insanların heç vaxt xəstəliyə tutulmama ehtimalı erkən diaqnozun risklərini artırır.

Bu yenilik xəstəliyin gedişatını ləngidə bilər, lakin onun tətbiqi ilə bağlı etik və tibbi mübahisələr davam edir. Alimlər və həkimlər bu yeni yanaşmanın Alzheimer xəstəliyinə qarşı mübarizədə necə bir təsir göstərəcəyini maraqla izləyirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun