Tibbi xəbərlər
Alnından 15 sm-lik qurd çıxarıldı:
Tibbi xəbərlər
262

Alnından 15 sm-lik qurd çıxarıldı: həkim ağcaqanadların təhlükəsindən danışdı

Novorossiysk şəhərində həkimlər bir şəxsin alnından 15 santimetrlik canlı qurd çıxarıblar.

E-saglam.az xəbər verir ki, bu vəziyyət nadir yoluxucu xəstəlik olan dirofilarioz nəticəsində baş verib. Terapevt Culduzxan Lepşokova bu xəstəliyin necə yayıldığını və ondan necə qorunmağın mümkün olduğunu izah edib.

Dirofilarioz nədir və necə yoluxur?

İnsan bu paraziti ağcaqanad dişləməsi ilə yoluxa bilər. Ağcaqanad dirofilaria adlı parazitin sürfəsini yoluxmuş pişik və ya itdən alır və daha sonra sağlam insana keçirir. Tropik və subtropik bölgələrdə yaşayan və ya səyahət edən insanlar, həmçinin ev heyvanı olan şəxslər daha yüksək risk altındadır.

Əlamətlər hansılardır?

Əksər hallarda insanlar heç bir simptom hiss etmirlər. Lakin bəzi hallarda aşağıdakı əlamətlər görünə bilər:

  • halsızlıq

  • baş ağrısı

  • qızdırma

  • qurdun yerləşdiyi nahiyədə ağrı

Əgər parazit gözə yaxın nahiyəyə yerləşərsə, bu zaman şişkinlik, konjonktivit, göz ağrısı və görmə pozğunluğu kimi simptomlar da yarana bilər.

Müalicə necə aparılır?

Diaqnoz mütəxəssis həkim tərəfindən qoyulur. Müalicə zamanı qurd cərrahi yolla çıxarılır və infeksiyanın qarşısını almaq üçün antiparazitar dərmanlar təyin edilir.

Necə qorunmalı?

  • Ağcaqanadlardan qorunmaq üçün xüsusi sprey və tordan istifadə edin

  • Ev heyvanlarınızı mütəmadi olaraq baytara göstərib, parazit əleyhinə müalicə etdirin

  • Gigiyena qaydalarına əməl edin və səfərlər zamanı ehtiyatlı olun

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun