Tibbi xəbərlər
Almaniyada çalışan azərbaycanlı həkimlər
Tibbi xəbərlər
513

Almaniyada çalışan azərbaycanlı həkimlər Vətənə dönəcək - Rəsmi açıqlama

200-ə yaxın həkim ölkə xaricindən qayıdaraq Azərbaycanda fəaliyyət göstərməyə başlayıb.

E-saglam.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov mətbuat konfransında bildirib.

"Xaricdə yaşayan həkimlərlə daim əlaqə saxlayırıq. İlk dəfə açıqlayım ki, Almaniyada yaşayan bir qrup həkimin ölkəyə gətirilməsi ilə bağlı pilot layihə həyata keçirəcəyik. Həkimlərlə danışıqlar aparılıb, bizə kifayət qədər dəstək olurlar. Almaniyadan gələn həkimlərin gələn ildən regionlarda fəaliyyətə başlaması nəzərdə tutulur", - o qeyd edib.

Vüqar Qurbanov əlavə edib ki, pilot layihə çərçivəsində həkimlər 5 rayonu əhatə edən bir bölgədə çalışacaqlar:

"Həkimlərin sayı və hansı bölgədə çalışmaları ilə bağlı pilot layihə işə düşəndə dəqiq açıqlama veriləcək. Söhbət ilk növbədə cərrahi tibbi xidmətin qurulmasından gedir".

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun