Xəstəliklər
Allergiyası olan insana Covid 19 vaksini vurdurmaq olarmı?
Xəstəliklər

Allergiyası olan insana Covid 19 vaksini vurdurmaq olarmı?

İnsanlığı əsir alan Covid pandemiyasından qurtulmağın yolu  sosial məsafə, maska, əl təmizliyi və hal hazırda tətbiq edilməkdə olan Covid əleyhinə peyvənddir.

Allergik insanlar vaksinasiya ola bilərmi?

E-saglam.az allerqoloq-terapevt Dr. Gülnar Quliyevanın mövzu ilə bağlı yazısını sizlərə təqdim edir.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də peyvəndləmə proqramına başlanılmış, riskli insanlar sıralaması ilə tətbiq olunmaqdadır. Bu dönəmdə özəlliklə allergik insanlarda vaksinlə bağlı olaraq təşviş və narahatlıq hiss olunur.

Ölkəmizdə tətbiq olunan Sinovag şirkətinin Caronavag peyvəndidir. Bu peyvənd inaktiv peyvənd olub, tərkibində canlı virus daşımır. Digər xroniki xəstəliyi olan insanlar kimi, allergiyadan əziyyət çəkən insanların da peyvəndlənməsi təşviq olunur.

Bildirmək istəyirəm ki, allergik rinit, bronxial astma xəstəliyi, qida allergiyası, xroniki övrə xəstəliyi, polen allergiyası, dərman allergiyası və digər allergik xəstəliklər Covid19 əleyhinə peyvənd üçün əks göstəriş deyildir! Lakin, peyvənd olunduğu zaman bu xəstəliklərin  kontrol altında olması lazımdır. Yəni, məsələn , bronxial astması olan bir  pasientin Covid19  peyvəndi vurulduğu zaman boğulma tutması, təngnəfəslik, öskürək kimi şikayətlərinin olmamasına diqqət olunur. Ağır allergik reaksiyalar, hər hansı bir səbəbdən anafilaktik şok keçirmiş pasientlərin peyvənd öncəsi allerqoloq qəbulunda olması tövsiyyə olunur .

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun