Yaz allergiyadan əziyyət çəkənlər üçün heç də sevimli fəsil deyil.
Bəzi ağacların, güllərin çiçək açması bu xəstəliyin əlamətlərini oyadır. Allergiyanın əlamətlərindən xilas olmaq üçün bir çox amillərə əməl etmək lazımdır.
E-saglam.az axşam.az-a istinadən allergiya xəstələrinə məsləhətlər təqdim edir:
• Hər gün evdə və ya işdə ətrafı nəm dəsmalla silin.
• Küçədən evə qayıdanda əllərinizi, üzünüzü və paltarlarınızı sabunla yuyun.
• Ən əsası isə bu məlhəmi için: 3 xörək qaşığı pişikdili otundan götürüb, 200 ml. qaynar suya tökün. 15 dəqiqə dəmlədikdən sonra süzün. Gündə 3 dəfə 1 xörək qaşığı için.