E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, əvvəllər orta dərəcədə spirt istehlakının faydalı olduğu düşünülürdü, lakin son tədqiqatlar bu fikri təkzib edir.
Alkoqolun zərərləri
- Alkoqol bədəndə asetaldehidə çevrilərək hüceyrələrə zərər verir və müxtəlif növ xərçəng riskini artırır.
- Xüsusilə bağırsaq, qaraciyər, döş, ağız və boğaz xərçəngi ilə əlaqəsi aşkarlanıb.
- Həddindən artıq və ya uzunmüddətli spirt istehlakı ürək-damar xəstəlikləri və digər ciddi problemlərə səbəb olur.
Faydalı olduğu səhvi
- Əvvəlki araşdırmalarda orta dərəcədə içmənin faydalı olduğu düşünülürdü. Lakin bu araşdırmaların metodologiyası düzgün olmayıb, çünki sosial-iqtisadi vəziyyət və sağlamlıq xidmətlərinə çıxış kimi amillər nəzərə alınmayıb.
- Araşdırmalara əsasən, içməmək və ya minimum miqdarda içmək daha sağlam seçimdir.
Bir çox ölkələr, o cümlədən Böyük Britaniya və Avstraliya, spirt istehlakı ilə bağlı tövsiyələri azaldıb.
Ümumdünya Səhiyyə Təşkilatı alkoqolun heç bir təhlükəsiz miqdarının olmadığını vurğulayır.
Mütəxəssislər bildirirlər ki, alkoqol istehlakı nə qədər az olarsa, sağlamlıq üçün bir o qədər faydalıdır. Daha sağlam həyat üçün spirtli içkilərdən uzaq durmaq ən yaxşı seçimdir.
Tərcümə: Könül Oruc