Yandex watch
Alimlərdən inqilabi kəşf -

Alimlər immun sisteminin bakterial infeksiyalara qarşı təbii müdafiə mexanizmini kəşf ediblər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Avropa Tədqiqat Şurasının dəstəklədiyi araşdırma, insan hüceyrələrinin protein tullantılarından antibiotiklərə bənzər maddələr istehsal edə biləcəyini göstərib.

Proteazomlar hüceyrə daxilində bakteriya öldürücü kimyəvi maddələr istehsal edərək infeksiyalarla mübarizə aparır. Weizmann Elm İnstitutundan Prof. Yifat Merbl bu mexanizmin bədənimizin təbii antibiotiklər istehsal etməsinə imkan verə biləcəyini bildirib.

Böyük Britaniyadan Prof. Danile Davis kəşfin həyəcanverici olduğunu, lakin praktiki istifadəyə keçməsi üçün əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayıb.

Antibiotik müqaviməti qlobal sağlamlıq böhranına çevrilib və hər il milyonlarla insanın ölümünə səbəb olur. Bu yeni kəşf, antibiotiklərə alternativ müalicə üsullarının inkişaf etdirilməsinə ümid yaradır. Bununla belə, elmi sınaqlar davam etməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az