Tibbi xəbərlər
Alimlər yuxuda olan iki insan arasında
Tibbi xəbərlər
465

Alimlər yuxuda olan iki insan arasında əlaqə qurdular – İlk dəfə

Alimlər ilk dəfə olaraq yuxu vəziyyətində olan insanlar arasında ikitərəfli əlaqə qura biliblər.

E-saglam.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti “REMspace” şirkətinə istinadla məlumat verib.

Nəşrin məlumatına görə, alimlər xüsusi avadanlıqdan istifadə edərək evin müxtəlif yerlərində yatan iki nəfərin şüurunu əlaqələndirə və onlar arasında mesaj mübadiləsi həyata keçirə biliblər.

“REMspace”in CEO-su və qurucusu Maykl Raduqa bu gün elmi fantastika kimi görünən yuxulardakı ünsiyyətin yaxın gələcəkdə adi hala çevrilə biləcəyini vurğulayıb.

Təcrübədə iştirakçıların beyin dalğaları ilə bağlı məlumatları məsafədən serverə ötürən cihazdan istifadə olunub.

İştirakçılardan biri aydın yuxu mərhələsinə daxil olduqdan sonra server təsadüfi bir söz seçib və onu qulaqlıq vasitəsilə digər iştirakçıya ötürüb.

Eksperimentin ikinci iştirakçısı oyandıqdan sonra sözü dəqiq şəkildə təkrar edə bilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun