Yeni Zelandiyadakı Oklend Universitetinin mütəxəssisləri tərəfindən aparılan bir araşdırmaya görə, hipertoniya beyində yaranır.
E-saglam.az-ın məlumatına görə, bu, beyin kötüyündəki nəfəs alma, ürək döyüntüsü və hətta gülüş kimi avtomatik proseslərdən məsul olan bir bölgəyə aiddir. Siçovullar üzərində aparılan təcrübələr göstərdi ki, bu bölgə "aktivləşdirildikdə" heyvanların qan damarları daralır və qan təzyiqi artır. Aktivləşdirildikdə isə qan təzyiqi normallaşır.
"Yüksək qan təzyiqinə səbəb olan yeni bir beyin bölgəsi tapdıq. Bəli, hipertoniyanın günahkarı beyindir", - tədqiqat rəhbəri Julian Paton deyir.
Bu kəşf bəzi insanların pəhrizlərə və dərmanlara niyə reaksiya vermədiyini izah edə bilər. Problem sinir sisteminin dərinliklərində gizlənə bilər.
Tədqiqat "Circulation Research" jurnalında dərc olunub.
Tərcümə: Könül Oruc