Tibbi xəbərlər
Alimlər süni intellektlə bioloji yaşın dəqiq təxmin edilməsinə
Tibbi xəbərlər

Alimlər süni intellektlə bioloji yaşın dəqiq təxmin edilməsinə nail olublar

Osaka Universitetinin alimləri süni intellektə əsaslanan yeni model işləyib hazırlayıblar. Bu metod cəmi beş damcı qan vasitəsilə insanın bioloji yaşını dəqiq təxmin etməyə imkan verir.

E-saglam.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqat yaşa bağlı sağlamlıq risklərinin erkən aşkarlanmasına töhfə verə biləcək fərdi sağlamlıq monitorinqi sahəsində mühüm addım hesab olunur.

Bu yeni metod 22 əsas steroid hormonu və onların qarşılıqlı təsirini təhlil edərək bioloji yaşın daha dəqiq müəyyən edilməsini təmin edir. Ənənəvi yanaşmalardan fərqli olaraq, bu model steroid səviyyələrinin nisbətlərinə fokuslanaraq fərdi sağlamlıq göstəricilərini daha obyektiv qiymətləndirir. Tədqiqatın əsas nəticələrindən biri kortizol hormonunun artmasının bioloji yaşlanmanı sürətləndirməsi ilə bağlıdır. Kortizol səviyyəsinin ikiqat artması bioloji yaşın təxminən 1,5 dəfə yüksəlməsinə səbəb olub ki, bu da xroniki stresin qocalma üzərində ölçüləbilən təsirini sübut edir.

Tədqiqatçılar hesab edirlər ki, bu model fərdiləşdirilmiş sağlamlıq monitorinqini inkişaf etdirərək xəstəliklərin erkən aşkarlanmasını və qocalmanı yavaşlatmaq üçün fərdi sağlamlıq strategiyalarının hazırlanmasını təmin edə bilər. Gələcəkdə modelin daha geniş biomarkerlərlə təkmilləşdirilməsi planlaşdırılır. (Azərtac)

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun