Britaniyanın “The Guardian” qəzeti kişi cərrahlar deyil, qadın cərrahlar tərəfindən əməliyyat olunan xəstələrin gələcəkdə fəsadlarla üzləşmə ehtimalının daha az olduğunu yazıb.
E-saglam.az xəbər verir ki, Kanada və İsveçdən olan tədqiqatçılar belə qənaətə gəliblər.
Kanada alimləri 2007-ci ildən 2019-cu ilə qədər 1,2 milyon xəstənin tibbi qeydlərini təhlil ediblər. Tədqiqata əsasən, qadın cərrahlar tərəfindən 90 gün ərzində əməliyyat olunan xəstələrin 12,5 faizində, kişi cərrahlar tərəfindən əməliyyat olunan xəstələrin 13,9 faizində mənfi əməliyyatdan sonrakı nəticələr müşahidə olunub.
Tədqiqat müəllifləri hesab edirlər ki, qadın cərrahların daha yaxşı nəticələri “ünsiyyət, iş tərzi və həkim-xəstə münasibətlərindəki fərqlərlə bağlıdır”.
Amerika Tibb Kollecləri Assosiasiyasının məlumatına görə, 2021-ci ildə ABŞ-da ümumi cərrahların 22,6%-ni qadınlar təşkil edəcək: “Kişi cərrah kimi düşünürəm ki, bu məlumatlar məni və həmkarlarımı bunun nə üçün baş verdiyini düşünməyə vadar etməlidir”, - Kanada araşdırmasının müəllifi Kristofer Uollis Guardian-a bildirib.
Tərcümə: Könül Oruc