Tibbi xəbərlər
Alimlər ömrü uzatmağın
Tibbi xəbərlər
391

Alimlər ömrü uzatmağın yeni yolunu tapdı

Cedars-Sinai Tibb Mərkəzinin və Konnektikut Universitetinin UConn Yaşlanma Tədqiqat Təşkilatının alimləri müəyyən ediblər ki, orqanizmin hüceyrələrinin P21 zülalından təmizlənməsi siçanların ömrünü və qocaldıqca onların fiziki performansını artırır.

E-saglam.az xəbər verir ki, araşdırmanın nəticələri "PubMed" portalında dərc olunub.

Komanda insanlarda və heyvanlarda ifadə olunan P21 zülalına (p21Cip1) diqqət yetirib. Təcrübə zamanı alimlər vaxtaşırı iyirmi aya çatmış gəmiricilərin hüceyrələrini bu zülaldan təmizləyirdilər. Nəticə heyvanların orta və maksimum ömrünün artması idi.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, müntəzəm olaraq kiçik miqdarda P21-in hüceyrələrdən çıxarılması siçanların ürək və metabolik funksiyalarını yaxşılaşdırıb. Bu da öz növbəsində gəmiricilərin fiziki imkanlarını artırdı və qocalma prosesini bioloji səviyyədə ləngidib. 

Alimlər əlavə ediblər ki, P21-in aradan qaldırılması bədəndə iltihabın səviyyəsini daha da azaldır. Çoxsaylı araşdırmalar iltihabın xərçəng kimi bir çox xəstəliklərin inkişaf amili olduğunu göstərib.

Tədqiqatçılar oxşar nəticələrin insan hüceyrələrini P21-dən təmizləyərək əldə edə biləcəyini təklif edirlər. Ancaq bu fərziyyəni təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var.(Hit.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun