Sağlamlıq
Alimlər ömrü uzadan idman növlərini
Sağlamlıq
100

Alimlər ömrü uzadan idman növlərini müəyyən ediblər

Alimlər 30 ildən çox davam edən müşahidələrdə fiziki aktivlik, idman müxtəlifliyi və vaxtından əvvəl ölüm riski arasında güclü əlaqə aşkar ediblər.

E-saglam.az xəbər verir ki, 70.725 qadın və 40.742 kişi arasında aparılan uzunmüddətli araşdırmada 38.847 ölüm halı qeydə alınıb.

Məlum olub ki, asudə vaxtlarda görülən demək olar ki, bütün fiziki fəaliyyət növləri ölüm riskini azaldır. Üzgüçülük istisna olmaqla, ən böyük müsbət təsir gəzinti (risk 17% azalır), tennis və squash (15%), güc məşqləri, avarçəkmə və qaçışda (13-14%) müşahidə edilib.

Alimlər bildirirlər ki, əsas məqam yalnız aktiv olmaq deyil, həm də müxtəlif idman növlərini birləşdirməkdir. Mütəmadi olaraq bir neçə fərqli fəaliyyətlə məşğul olan insanlarda ümumi ölüm riski 19% daha aşağı olub. Ürək xəstəliklərindən, xərçəngdən və ya tənəffüs yolları xəstəliklərindən ölüm ehtimalı isə 13–41% azalıb.

Bu “müxtəliflik effekti” hətta ən yüksək fiziki yükü olmayan insanlarda belə təsir göstərib.

Tədqiqat BMJ Medicine jurnalında dərc olunub.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun