Bu maddə oksidləşdirici stresslə mübarizədə kömək edir və tiroid vəzindəki hormonal metabolizmanı izləyir. Selen çatışmazlığı iş qabiliyyətinin zəifləməsinə səbəb olmaqla yanaşı ümumi zəiflik və herpes müşahidə edilə bilər.
E-saglam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, alimlər bu mineralın tədarükünü qaraciyər, dil, balıq və dəniz məhsulları köməyi ilə artırmağı məsləhət görürlər. Qarğıdalı, qoz-fındıq, gül kələm və ispanaqda da olur.
Yeri gəlmişkən, mütəxəssislər seleniumun xərçəngdən effektiv qorunma vasitəsi olduğuna diqqət çəkdilər. Uşaqlarda infeksiya və ya allergiya riskini də azaldır./publika.az/