Xəstəliklər
Alimlər dinozavrda insanlarda rast gəlinən
Xəstəliklər
348

Alimlər dinozavrda insanlarda rast gəlinən xərçəng növü aşkar etdilər

Tədqiqatçılar milyonlarla il əvvəl yaşamış bir dinozavrın çənəsində insanlarda da rast gəlinən xərçəng növü – ameloblastoma şişini müəyyən ediblər. Bu tapıntı xərçəngin tarixini və təkamülünü anlamaq üçün mühüm addım sayılır.

E-saglam.az xəbər verir ki, araşdırma 66–70 milyon il əvvəl indiki Rumıniya ərazisində yaşamış, inək boyda, ot yeyən Telmatosaurus transsylvanicus adlı dinozavr növü üzərində aparılıb. Yüksək dəqiqlikli mikroskoplarla aparılan analizlər nəticəsində dinozavrın çənəsindəki şişlə əlaqəli strukturlar – eritrositlərə (qırmızı qan hüceyrələrinə) bənzər izlər müəyyən edilib.

Alimlər bu strukturların dinozavrın çənəsindəki artıq məlum olan şişlə bağlı olduğunu təsdiqləyiblər.

Xərçəng necə yaranıb?

Tədqiqatçılar bildirirlər ki, dinozavrın toxumalarında aşkarlanan yumşaq toxuma qalığı xərçəngin yaranması və zamanla inkişaf mexanizmlərini anlamağa kömək edə bilər. Balinalar və fillər kimi iri heyvanların xərçəngə qarşı inkişaf etdirdiyi bioloji müdafiə mexanizmləri, dinozavrlarda da olmuş ola bilər.

Bu mexanizmlərin öyrənilməsi gələcəkdə insanlarda xərçəngin qarşısının alınması və müalicəsi üçün yeni yanaşmaların inkişafına səbəb ola bilər.

İnsanlarda da rast gəlinir

Araşdırma göstərir ki, sözügedən dinozavrda aşkarlanan şiş növü insanlarda da rast gəlinən ameloblastoma olub. Bu nadir xərçəng növü adətən çənə sümüklərində yaranır.

Tədqiqatçılar qeyd edirlər ki, sümük kimi kalsifikasiya olunmuş toxumalarda zülallar DNT-dən daha davamlıdır və qədim dövrlərə aid xəstəlikləri, xüsusilə də xərçəngi öyrənmək üçün ideal material sayılır.

Araşdırmanın nəticələri Biology elmi jurnalında dərc olunub.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun