Tibbi xəbərlər
Alimlər antibiotiklərin bakteriyaları öldürən yeni formasını
Tibbi xəbərlər
270

Alimlər antibiotiklərin bakteriyaları öldürən yeni formasını icad ediblər

Kanadanın Toronto Universitetinin alimləri dərmana davamlı bakteriyalara hücum edən antibiotiklərin yeni formasını icad ediblər.

E-saglam.az xəbər verir ki, tədqiqat "Journal of Medicinal Chemistry" (JMC) elmi nəşrində dərc olunub.

Hazırlanmış dərmanlar təbii fermentə - kazeinolitik proteazanın (ClpP) proteolitik alt bölməsinə təsir göstərir. Köhnə və ya qüsurlu zülalları təkrar emal edir, bakteriyanın normal fəaliyyətini təmin edir.

Yeni birləşmə ClpP-nin hər hansı mövcud zülalları nəzarətsiz şəkildə udmasına səbəb olur və bakteriya hüceyrəsini məhv edir.

Alimlərin sözlərinə görə, onlar xərçəng şişlərini tədqiq edərkən ClpP-ni aşkarlayıblar, sonra isə mikroblarda eyni fermenti tapıblar.

Komanda insan və bakterial ClpP arasındakı struktur fərqləri tapmaq, dərmanları xəstənin orqanizmi üçün təhlükəsiz etmək üçün hərtərəfli təhlil aparıb.

Tədqiqatçıların fikrincə, onların antibiotiklərə təklif etdiyi yanaşma meningit və gonoreya kimi bakterial infeksiyaların müalicəsi üçün böyük potensiala malikdir.(Report)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun