Bir çox insan nəfəsini təzələmək və ya diş əti xəstəliklərini müalicə etmək üçün ağız yaxasından istifadə edir. Bununla belə, ağız quruluğu və antimikrobiyal müqavimət də daxil olmaqla yan təsirləri var. Mütəxəssislər əvəzinə çuğundur suyundan istifadə etməyi məsləhət görürlər.
E-saglam.az xəbər verir ki, araşdırmalar göstərib ki, yaşıl yarpaqlı tərəvəzlərdə olan nitrat adlı molekul daha az yan təsir göstərir və ağız sağlamlığı üçün daha yaxşıdır.
Qərbi Şotlandiya Universitetinin alimləri yüksək şəkər istehlakı səbəbindən diş əti xəstəliklərinə meyilli olan idmançıları tədqiq ediblər. Onların bir çoxu məşq zamanı enerji gellərindən istifadə edir ki, bu da mahiyyətcə təmiz şəkərdir.
Çuğundur şirəsinin (tərkibində təxminən 12 millimol nitrat) idman zamanı idmançıların dişlərini turşulu idman içkiləri və şəkərli gellərdən qoruduğu aşkar edilmişdir ki, bu da nitratların idmançıların diş çürüməsi ehtimalını azaltmaq üçün müalicə vasitəsi kimi istifadə oluna biləcəyini göstərir.
Çuğundur suyunu ağız qarqarası kimi istifadə etməyin yeganə mənfi tərəfi dişlərinizi ləkələyə bilməsidir. Bununla belə, ispanaq və ya kələm kimi tərkibində nitrat olan digər tərəvəzlər də bu məqsədlə istifadə edilə bilər.
Tərcümə: Könül Oruc