Sağlamlıq
Alimlər 4 fərqli yuxu rejimi müəyyən edib -
Sağlamlıq
361

Alimlər 4 fərqli yuxu rejimi müəyyən edib - İkisi xroniki xəstəlik riskini artırır

Pensilvaniya Dövlət Universitetinin alimləri dörd fərqli yuxu rejimi müəyyən edib və onların sağlamlığa necə təsir etdiyini öyrəniblər.

E-saglam.az xəbər verir ki, onların araşdırmasının nəticələri "Psychosomatic Medicine" jurnalında dərc olunub.

Komanda ümumilikdə 3683 böyük insanın yuxusunu araşdırıb. Müəlliflər dörd yuxu rejimi müəyyən etdilər:

- yaxşı yuxu, insanlar hər gün kifayət qədər yuxu aldıqda;

- qeyri-müntəzəm, insanlar həftə sonları yatarkən;

- yuxusuzluq;

- "yuxuçular" - insanlar gecələr yaxşı yatır, həm də gündüzlər mürgüləyirlər.

Məlum olub ki, ən qeyri-sağlam yuxu rejimi son iki kateqoriyadır.

Araşdırma qrupunun məlumatına görə, yuxusuzluqdan əziyyət çəkən insanlar arasında ürək-damar xəstəlikləri, şəkərli diabet, depressiya və zəiflik ehtimalı 72-188% artıb. Gün ərzində yatan insanlarda da diabet, xərçəng və zəiflik riskinin artması aşkar edilib.

Təhlil həmçinin müəyyən edib ki, təhsil səviyyəsi aşağı olan insanlar və işsizlər yuxusuzluqdan əhəmiyyətli dərəcədə daha çox əziyyət çəkirlər, yaşlı insanlar və ya pensiyaçılar isə daha çox yuxuya gedirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun