Tibbi xəbərlər
Alimlər 3 il ərzində yüzlərlə insanı izləyib:
Tibbi xəbərlər
1623

Alimlər 3 il ərzində yüzlərlə insanı izləyib: Bunun ürəyi yorduğu sübut olunub

Alimlər səhər yeməyinin miqdarı və keyfiyyətinin sağlamlığa təsiri ilə bağlı maraqlı bir araşdırma aparıblar.

E-saglam.az xəbər verir ki, İspaniyanın Barselona şəhərindəki bir xəstəxanada keçirilən bu araşdırmada, 55-75 yaş arası 383 obez iştirakçı 3 il müddətində izlənilib.

Səhər yeməyi və sağlamlıq arasındakı əlaqə

Araşdırmaya qatılan şəxslər metabolik sindrom diaqnozu qoyulmuş insanlar idi. Bu sindrom yüksək qan təzyiqi, yüksək xolesterin və ürək xəstəlikləri riskini artırır. Təcrübə zamanı iştirakçılar tərəvəz və tam taxıllarla zəngin Aralıq dənizi pəhrizinə əməl ediblər.

Tədqiqat nəticələri

Bel çevrəsinin artması: Səhər yeməyində çox az və ya çox yemək yeyən insanların bədən kütlə indeksi (BKİ) 2-3,5%, bel ətrafı isə 2-4% daha geniş olub.

Qan analizləri: Bu qrupda qan yağ səviyyələri daha yüksək idi, bu isə ürək xəstəlikləri riskini artıran amil kimi müəyyən edilib.

Səhər yeməyində az və ya çox yemək yeyənlərin qanında yağ səviyyəsinin artmasının ürəyi yorduğu sübut olunub.

Balanslı səhər yeməyinin əhəmiyyəti

Alimlər balanslı və keyfiyyətli səhər yeməyinin çəki idarəsi və ümumi sağlamlıq üçün mühüm rol oynadığını vurğulayıblar. Yağ, şəkər və duzla zəngin qidalar (məsələn, qızardılmış yeməklər) sağlamlığa mənfi təsir edir, hətta qəbul edilən kalori miqdarı uyğun olsa belə.

Düzgün kalori miqdarı

Tədqiqatçılar bildirirlər ki, pəhriz saxlayanlar gündəlik enerjinin 20-30%-ni səhər yeməyi ilə qəbul etməlidir. Bu:

Kişilər üçün: 500-750 kalori

Qadınlar üçün: 400-600 kalori deməkdir.

Səhər yeməyinin düzgün miqdarda və keyfiyyətli olması təkcə çəki idarəsi deyil, ürək-damar sağlamlığı üçün də əhəmiyyətlidir. Həkimlərin tövsiyələrinə əsaslanaraq sağlam səhər yeməyi vərdişi yaratmaq uzunmüddətli sağlamlıq üçün vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun