"Aliexpress"dən alınan kosmetik məhsullar dərimiz üçün təhlükəlidir?
"Aliexpress"dən alınan kosmetik məhsullar dərimiz üçün təhlükəlidir?

"Aliexpress" Çin bazarında gəncliyi və gözəlliyi qorumaq üçün kosmetika və qadjetlər almaq rulet oynamağa bənzəyir, çünki sifariş edilən məhsulun keyfiyyətini əvvəlcədən proqnozlaşdırmaq olduqca çətindir.

E-saglam.az xəbər verir ki, bu sözləri dermatoloq-kosmetoloq Mədinə Bayramukova "Lenta.ru" ilə söhbətində evdə istifadə üçün kosmetik məhsulların təhlükəsizliyindən danışarkən deyib.

Bayramukovanın sözlərinə görə, "Aliexpress" həm yüksək keyfiyyətli mallar, həm də şübhəli maddələrdən hazırlanmış kremlər satan nəhəng onlayn bazardır:

"Özünü yaxşı sübut etmiş tanınmış brendlərin kosmetika və qadcetlərini, gözəllik məhsullarını alarkən heç bir təhlükə yoxdur.

Lakin bununla yanaşı, bazarda tanınmış brendlərin mallarını saxtalaşdıran vicdansız satıcılar da var. Bu vəziyyətdə, əlbəttə ki, siz rulet oynayırsınız, çünki belə kosmetik vasitələrdən istifadə edərkən, ən yaxşı halda, plasebo effekti əldə edə bilərsiniz və ya dərinizi tamamilə məhv edə bilərsiniz.

Eyni zamanda, satıcının harada dürüst olduğunu və harada olmadığını başa düşmək demək olar ki, mümkün deyil. Ancaq özünüzü qorumaq istəyirsinizsə, heç olmasa əvvəlcə rəyləri oxuyun. Əgər məhsulda hansısa problemlər olursa, alıb istifadə edən şəxslər rəy bölməsində bunu qeyd edirlər". 

Dermatoloq onu da xatırladıb ki, "Aliexpress"də hər zaman tanınmış brendlərdən tapıla bilməyən qeyri-adi məhsullar satılır: "Masaj alətləri, dodaqları böyütmək üçün dodaq əlavələri, arıqlamaq üçün fitlər. Qəribə gözəllik vasitələrinin siyahısı uzun və bəzən gülməli olur. Və bu halda vəziyyət çox qeyri-müəyyən olur, çünki heç kim bu məhsulların necə işləməli olduğunu dəqiq bilmir, ona görə də onlardan konkret nəsə tələb etməyin mənası yoxdur".

Tərcümə etdi: Könül Oruc

E-saglam.az