Tibbi xəbərlər
Ağrı kəsicilərin həddindən artıq istifadəsi
Tibbi xəbərlər
237

Ağrı kəsicilərin həddindən artıq istifadəsi baş ağrılarını artıra bilər

Ağrıkəsicilərin həddindən artıq istifadəsi baş ağrılarının artmasına səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, Prof. Dr. Şebnem Bıçakcı qeyd edir ki, üç ay ərzində həftədə üç dəfədən çox ağrıkəsici istifadə edən şəxslərdə bu problem yaranır. O, baş ağrısının iki növ olduğunu bildirir: səbəbi bilinən və bilinməyən. Səbəbi bilinməyən ağrılar arasında miqren və gərginlik tipli baş ağrıları daha yaygındır.

Miqren genetik meyillə yanaşı, nizamsız qidalanma, hərəkətsizlik, az su içmək və həddindən artıq yatmaq kimi amillərlə də əlaqəli ola bilər. Həkimlər miqren spazmlarını azaltmağa çalışsa da, ağrıkəsicilərin həddindən artıq istifadəsi problemləri daha da artırır.

Bıçakcı, ağrıkəsicilərin uzun müddət istifadəsinin böyrək problemləri, hipertoniya, mədə narahatlığı və allergik reaksiyalara səbəb ola biləcəyini vurğulayır. O, xəstələrə qidalanma, yuxu rejimi, idman və stressin idarə edilməsi ilə balans yaratmağı tövsiyə edir.

Hava dəyişikliyi də ciddi ağrılara səbəb ola bilər. Bu səbəbdən müalicə üçün mütəxəssis həkimlərə müraciət etmək və elmi olmayan üsullara etibar etməmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun