Ağlayarkən qaralan, göyərən, bayılan bir övladınız varsa…
Ağlayarkən qaralan, göyərən, bayılan bir övladınız varsa…

Ağlayarkən qaralan, göyərən, bayılan bir övladınız varsa, bu hipoksiya əlaməti deyil.

Bu sözləri E-saglam.az-a açıqlamasında pediatr Günay Rəsulova deyib.

O bildirib ki, oksigen tərkibli, karnitin tərkibli, nə olduğu məlum olmayan boş siroplarla müalicəyə ehtiyac yoxdur:

"Müayinəsi normal uşaqlarda əsas səbəb dəmir azlığıdır. Uşaqların mütəmadi olaraq qan azlığı, dəmir azlığı kimi problemləri varmı deyə araşdırılmalıdır. 5 yaşa qədər bu hal əksər uşaqlarda ola bilər. Müalicəsi, dəmir azlığı varsa dəmir preparatları, yoxsa sadəcə uşağı möhkəm ağlamağa qoymamağa çalışmaqdan ibarətdir". 

Analar çox vaxt uşağın nəfəsi gedər, gəlməz deyə qorxurlar. Elə bir hal olmur, ola bilməz. Narahatlığa əsas yoxdur, amma həkim müayinəsi şərtdir.

E-saglam.az