Xəstəliklər
Ağız xərçənginin gözə çarpmayan əlamətləri –
Xəstəliklər
557

Ağız xərçənginin gözə çarpmayan əlamətləri – diqqətli olun

Son illərdə ağız xərçəngi halları dünyada artmaqdadır. Bu xərçəng növü dodaqları, dili, boğazı və ümumilikdə ağız boşluğunu təsir edir. Hər il minlərlə insan bu xəstəlik səbəbilə həyatını itirir. Erkən diaqnoz isə müalicənin uğurlu nəticə verməsi üçün əsas şərtdir. Təəssüf ki, simptomlar çox vaxt gözə dəymir və diaqnoz gecikdirilir.

E-saglam.az ağız xərçənginin 5 nəzərə çarpmayan əlamətini təqdim edir:

Sağalmayan ağız yaraları

Ağızda iki həftədən uzun müddət sağalmayan yaralar təhlükəli ola bilər. Bu yaralar dodaqlarda, diş ətlərində və yanaqlarda görünə, qanaya və narahatlıq yarada bilər. Diş həkiminin müntəzəm yoxlaması bu tip yaraları vaxtında aşkar etməyə kömək edir.

Ağrı, uyuşma və yanma hissi

Ağız, dil və ya boğazda daimi ağrı və ya yanma hissi, həmçinin çənədə uyuşma kimi əlamətlər şişin göstəricisi ola bilər. Bu hallar tez-tez sinir və diş problemləri ilə qarışdırılır. Həmçinin üz, boyun və ağızda həssaslıq da nəzərə alınmalıdır.

Udmaq və çeynəməkdə çətinlik

Əgər udmaq, çeynəmək və ya dil və çənəni hərəkət etdirməkdə çətinlik varsa, bu simptomlar da ciddi ola bilər. Bu hiss boğazda bir şeyin ilişməsi və ya narahatlıq kimi özünü göstərə bilər. Əgər uzun müddət keçmirsə, mütləq həkimə müraciət edilməlidir.

Davamlı pis ağız qoxusu

Xroniki ağız qoxusu təkcə estetik problem deyil. Bu, ağız xərçənginin erkən xəbərdarlıq əlaməti ola bilər.

Ağız və boyunda şiş və sərtləşmiş sahələr

Dodaq, yanaq, boyun və ya çənədə hiss olunan topaqlar, sərt ləkələr və ya şişliklər diqqət tələb edir. Bu əlamətlər sadə xəstəliklərlə qarışdırılsa da, davamlı olduqda yoxlanmalıdır. Müntəzəm diş və öz-özünə müayinələr erkən diaqnoz üçün vacibdir.

Xərçəng riskini necə azaltmaq olar?

Siqaretdən imtina edin – hətta tüstüsüz tütün də riski artırır.

Alkoqoldan uzaq olun – alkoqol bir çox xərçəng növü ilə əlaqələndirilir.

Dodaqlarınıza günəş qoruyucu krem çəkin – UV şüaları xərçəng riski yarada bilər.

HPV virusundan qorunun – peyvənd və təhlükəsiz davranışlarla önləmək olar.

Müntəzəm diş həkimi müayinələrini unutmayın – erkən əlamətləri həkimlər asanlıqla görə bilər.

Unutmayın: erkən diaqnoz həyat qurtara bilər. Əgər bu əlamətlərdən hər hansı biri sizdə varsa, həkimə müraciət edin. Sağlam həyat tərzi və müntəzəm yoxlamalarla ağız xərçənginin qarşısını almaq mümkündür.

Qeyd: Bu yazı maarifləndirmə məqsədilə təqdim edilib. Diaqnoz və müalicə üçün həkimlə məsləhətləşmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun