Yandex watch
Ağız quruluğu 5 ciddi xəstəliyin siqnalıdır:

Ağız quruluğu çox vaxt adi bir narahatlıq kimi görünsə də, bəzi hallarda ciddi sağlamlıq problemlərinin siqnalı ola bilər. Tibbi terminologiyada "kserostomiya" olaraq bilinən bu vəziyyət, tüpürcək istehsalının azalması və ya tamamilə dayanması ilə əlaqələndirilir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, ağız quruluğu yalnız narahatlıq yaratmaqla kifayətlənmir, həm də diş sağlamlığı və ümumi sağlamlığa mənfi təsir göstərə bilər.

Ağız quruluğunun funksiyaları və əhəmiyyəti

Tüpürcək ağızda bir sıra vacib funksiyaları yerinə yetirir:

Qidanın parçalanması: Yediklərimizin həzm olunmasına kömək edir.

Nitqin asanlaşdırılması: Danışma prosesini yüngülləşdirir.

Ağız nəmliyinin təmin edilməsi: Ağız içərisini nəm saxlayır.

Bakteriyaların nəzarəti: Ağızdakı zərərli mikroorqanizmlərin artmasının qarşısını alır.

Diş çürüməsinin qarşısının alınması: Tüpürcək dişlərin qorunmasında vacib rol oynayır.

Ağız quruluğunun səbəbləri arasında aşağıdakılar göstərilə bilər:

- Yaşlanma

- Xoruldama

- Siqaret çəkmə

- Bəzi dərmanların yan təsirləri

- Stress və narahatlıq

Bununla belə, uzun müddətli ağız quruluğu daha ciddi xəstəliklərə işarə edə bilər.

Ağız quruluğu hansı xəstəliklərin əlaməti ola bilər?

Mütəxəssislərin fikrincə, ağız quruluğu aşağıdakı xəstəliklərlə əlaqələndirilə bilər:

  1. Diabet: Şəkər xəstələri tez-tez ağız quruluğu ilə üzləşir.
  2. İflic: Nevroloji problemlər tüpürcək istehsalına təsir göstərə bilər.
  3. HİV: Bu virus immun sistemini zəiflədərək ağız quruluğu yarada bilər.
  4. Alzheimer xəstəliyi: Beyin funksiyalarındakı dəyişikliklər tüpürcək istehsalını azalda bilər.
  5. Şeqren sindromu: Otoimmün xəstəliklər sırasında yer alan bu sindrom tüpürcək vəziləri daxil olmaqla, bədənin müxtəlif vəzilərinə təsir edir.

Mütəxəssislərin tövsiyəsi

Ağız quruluğu ilə bağlı əlamətlər müşahidə etdikdə həkimə və ya diş həkiminə müraciət etmək vacibdir. Bu, həm dişlərinizi, həm də ümumi sağlamlığınızı qorumaq üçün əhəmiyyətlidir. Sağlamlıq problemlərinin vaxtında aşkarlanması ciddi fəsadların qarşısını ala bilər.

Unutmayın, ağız quruluğu yalnız sadə bir simptom deyil, bədəninizin sağlamlıq problemlərinə dair xəbərdaredici siqnalı ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az