Yandex watch
Ağız içindəki qırmızı və ağ ləkələrə diqqət:

Ağızda əmələ gələn bəzi qırmızı və ağ ləkələr xərçəng əlaməti ola bilər.

Emlakbazari.az

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, Ağız, Diş və Üz-çənə Radiologiya Mütəxəssisi Dr. Emine Nur Kahraman, ağız xərçənginin ən çox rast gəlinən səbəbləri arasında yaşlanma, siqaret və spirt istifadəsi, zəif immun sistemi, pis qidalanma və genetik meylin olduğunu vurğulayır. Xüsusilə siqaret və spirtin eyni vaxtda istifadəsi riskləri daha da artırır.

Ağız xərçənginin ilkin əlamətlərinə ağızda sağalmayan yaralar, davamlı ağ və ya qırmızı ləkələr, limfa düyünlərinin şişməsi, dodaq və dildə həddindən artıq sərtlik və ya yumşaqlıq daxildir. Bu əlamətlərdən biri müşahidə edildikdə dərhal mütəxəssisə müraciət edilməlidir.

Dr. Kahraman qeyd edir ki, xərçəngin diaqnozunda biopsiya ən əhəmiyyətli addımdır. Şübhəli lezyonların toxuma nümunəsi laboratoriyada araşdırılaraq xərçəng hüceyrələrinin olub-olmadığı müəyyən edilir. Biopsiya mümkün olmadıqda sitoloji testlər alternativ olaraq istifadə olunsa da, onların dəqiqliyi biopsiyadan daha aşağıdır.

Ağız xərçəngi müalicəsində əsas üsul cərrahi əməliyyatdır. Xərçəngli lezyonlar çıxarıldıqdan sonra, xəstəliyin mərhələsindən asılı olaraq radioterapiya və ya kimyaterapiya əlavə olaraq tətbiq oluna bilər. Erkən diaqnoz vəziyyətində, adətən, cərrahiyyə kifayət edir, lakin irəliləmiş hallarda əlavə müalicələr tələb oluna bilər.

Ağız sağlamlığının qorunması üçün müntəzəm diş fırçalama, diş ipi istifadəsi və diş həkimi müayinəsi vacibdir. Köhnə plomblar, qırıq dişlər və ağız boşluğunda davamlı zədələnmələr selikli qişaya zərər verərək xərçəng riskini artıra bilər. Bununla yanaşı, siqaret və spirt istehlakından çəkinmək, balanslı qidalanmaq və ağız gigiyenasına diqqət yetirmək xərçəngin qarşısını almağa kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az