Ağır çanta daşımaq skolioz yaradarmı?
Mövzu ilə bağlı E-saglam.az-a vertebroloq Dr. Röya Musayeva məlumat verib. Onun sözlərinə görə, ağır çanta və ya bel çantası səbəbindən bir sıra potoloji hallar inkişaf edir: "Onurğanın qığırdağlarının iltihabı, onurğa beyninin sinir və sinir köklərinin sıxılması və zədələnməsi, bel və boyunda gərginlik".
Həkim bildirib ki, sinirlərin, qan damarlarının, əzələlərin zədələnməsi, sümüklərin əyriliyi - bütün bunlar qarşısı alınmasa, illərlə müalicə edilməli olan çoxlu sayda xəstəliklərə səbəb olur. Həmin xəstəliklər bunlardır:
- Skolioz;
- Osteoxondroz;
- Siyatikanın kəskinləşməsi;
- Miqren;
- Bel və boyun ağrısı;
- Əl-ayaq əzələlərində ağrı.
Könül Oruc