Tibbi xəbərlər
Ağıl dişi olanlara sevindirici xəbər:
Tibbi xəbərlər
540

Ağıl dişi olanlara sevindirici xəbər: Ağzınızda sərvət daşıyırsınız

Uzun illər boyunca faydasız hesab edilən ağıl dişləri (20 yaş dişləri) son elmi araşdırmalarla sağlamlıq baxımından böyük əhəmiyyətə malik bir mövzuya çevrilib. Artıq bu dişlər təkcə çeynəmə funksiyası ilə deyil, daxili toxumasında gizlənən kök hüceyrələr sayəsində tibbdə ümidverici bir mənbə kimi dəyərləndirilir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər ehtiyac olmadığı halda bu dişlərin çıxarılmamasını tövsiyə edirlər.

Kök hüceyrələrdə gizli potensial

Əvvəllər müasir həyat tərzi və qidalanma vərdişləri ilə əlaqədar olaraq istifadəsiz hesab edilən ağıl dişləri, indi tibbi araşdırmaların diqqət mərkəzindədir. Dişin pulpa adlanan yumşaq iç qatında yerləşən mezenximal kök hüceyrələr, sümük, qığırdaq, yağ toxuması kimi müxtəlif hüceyrə növlərinə çevrilə bilmək qabiliyyətinə malikdir.

Parkinson, Alzheimer və ürək problemlərinə qarşı ümid

Alimlər bildirirlər ki, ağıl dişlərindən əldə edilən bu kök hüceyrələr gələcəkdə Parkinson, Alzheimer kimi nevroloji xəstəliklərin və ürək-damar problemlərinin müalicəsində istifadə oluna bilər. Bu hüceyrələrin şəxsi kök hüceyrə terapiyasında böyük rol oynayacağı gözlənilir.

Artıq kök hüceyrə bankaları fəaliyyət göstərir

ABŞ və Avropa ölkələrində bir çox klinika çıxarılan ağıl dişlərindən kök hüceyrə toplayıb biobankalarda saxlama xidmətləri təqdim edir. Beləliklə, daha öncə zibilə atılan dişlər, indi gələcəyin sağlamlıq sığortası kimi qiymətləndirilir.

Dişlərinizi qoruyun, gələcəyinizə yatırım edin

Mütəxəssislər xəbərdarlıq edir: ağıl dişiniz çıxarılıbsa, onu atmayın. Uyğun şəraitdə saxlanılan bu dişlər, gələcəkdə ağır xəstəliklərin müalicəsində həyat qurtarıcı rol oynaya bilər. Buna görə də ağıl dişlərinin kök hüceyrə bankalarında qorunması, sərvət dəyərində gələcəyə yatırım kimi qəbul edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun