“Əgər vətəndaşın nəfəs almasında çətinliyi varsa, onda çəpər əyriliyi əməliyyatı icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərə daxildir”.
E-saglam.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Vətəndaş müraciətləri şöbəsinin koordinatoru Nərgiz Hacıyeva deyib.
O qeyd edib ki, plastik və kosmetik tərkibli əməliyyatlar xidmətlər zərfinə daxil deyil: “Xidmətlər zərfinin təkmilləşdirilməsi istiqamətində işlər görülür”.