Tibbi xəbərlər
Agentlik: "Azərbaycanda pasiyentlərin həkimləri gözləmə müddəti çox azdır"
Tibbi xəbərlər
137

Agentlik: "Azərbaycanda pasiyentlərin həkimləri gözləmə müddəti çox azdır"

"Azərbaycanda pasiyentlərin həkimləri gözləmə müddəti çox azdır".

E-saglam.az  xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Leyla Lətifova deyib.

L.Lətifova qeyd edib ki, dövlət tibb müəssisələrində həkimlər 6 saat çalışır.

O bildirib ki tibbi müayinənin növündən və xüsusiyyətlərindən asılı olaraq iş günü həddi 15-35 pasiyent arasında dəyişir.

L.Lətifova vurğulayıb ki, Azərbaycanda pasiyentlərin həkimləri gözləmə müddəti çox azdır:

"Avropa ölkələrində pasiyentlər hətta həkimləri 30 günə qədər gözləyirlər. Ona görə də ölkəmizdəki gözləmə müddəti qənaətbəxşdir. Həkimlərimiz orta hesabla hər pasiyentə ən azı 12-15 dəqiqə vaxt ayırır".

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun