Xəstəliklər
Ağciyər Xəstəlikləri İnstitutu: "Ötən il Azərbaycanda 686 yeni vərəm xəstəsi aşkarlanıb"
Xəstəliklər
183

Ağciyər Xəstəlikləri İnstitutu: "Ötən il Azərbaycanda 686 yeni vərəm xəstəsi aşkarlanıb"

"Ötən il Azərbaycanda 686 yeni vərəm xəstəsi aşkarlanıb".

E-saglam.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova vərəmlə bağlı keçirilən multi-sektoral görüşdə çıxışı zamanı deyib.

O bildirib ki, keçən il Azərbaycanda vərəmə yoluxanların sayında artım müşahidə olunub: "Ötən il həm ilkin, həm də təkrar xəstələr arasında 1 034 nəfər müalicəyə qoşulub. Vərəmlə xəstələnmə 28.4 faiz təşkil edib ki, onlardan 22.5 faizi ağciyər, 5,9 faizi isə ağciyərdənkənar vərəmdir. İlkin xəstələr arasında 75 faizə qədər vərəm mikrobakteriyası aşkarlayırıq, təkrar xəstələrdə bu rəqəm 93 faizə qədər təşkil edir".

İnstitut direktoru vurğulayıb ki, həmin müddətdə müalicə götürən vərəm xəstələri arasında 85 faizə qədər halda vərəm mikrobakteriyası aşkarlanıb: "Təəssüf ki, dərmanadavamlı vərəm Azərbaycan üçün də problemdir. Bundan əziyyət çəkən xəstələrin sayı ötən il ilkin xəstələr arasında 11.9, təkrar xəstələr arasında 22.6 faiz təşkil edib. Müalicə nəticələrinə gəlincə, hələ ki ÜST-nin qoyduğu hədəflərə çata bilmirik. Amma həmin hədəfə çatmaq potensialımız var. Həssas xəstələrin müalicə uğuru 82, dərmanadavamlı xəstələr arasında müalicə uğuru 62 faiz təşkil edir. Vərəmdən ölüm göstəricisi isə azalır". /report

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun