Tibbi xəbərlər
Ağciyər xərçənginin müalicəsində müvəffəqiyyət şansını
Tibbi xəbərlər
1530

Ağciyər xərçənginin müalicəsində müvəffəqiyyət şansını beş dəfə artırmaq üçün bir yol tapıldı

İki dərmanın birləşməsi ağciyər xərçəngi xəstələri arasında immun reaksiya dərəcəsini beş dəfədən çox artırdı.

E-saglam.az xəbər verir ki, bunu “Nature Medicine” jurnalında dərc olunan araşdırma göstərib .

Xərçəngin immunoterapiyası, yəni xərçəng hüceyrələrini məhv etmək üçün insan immun sisteminin stimullaşdırılması onkologiyada bir irəliləyiş oldu. Lakin onun effektivliyi xəstənin immun reaksiyasından asılıdır. Yeni bir araşdırmada elm adamları ağciyər xərçəngində immun reaksiya şansını artıran dərmanların birləşməsini tapdılar.

Təcrübədə qeyri-kiçik hüceyrəli ağciyər xərçənginin inkişaf etmiş mərhələləri olan və standart terapiya ilə kömək olmayan 268 xəstə iştirak etdi. İştirakçıların orta yaşı 64 olub, 58%-i kişilər olub.

Onlar durvalumab dərmanını və dörd dərmandan birini qəbul ediblər: seralasertib, olaparib, oleklumab və ya danvatirsen.

Durvalumab + seralasertib kombinasiyası xəstələrin 13,9%-də immun cavabı yaradıb, digər kombinasiyalar üçün isə bu göstərici 2,6%-dir. Orta irəliləyişsiz sağ qalma digər kombinasiyalar üçün 2,7 aya qarşı təxminən 6 ay idi və ümumi sağ qalma 9,4 aya qarşı 17,4 ay idi.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun