Yandex watch
Ağciyər xərçəngi səssizcə yayılır:

Ağciyər xərçəngi həm dünyada, həm də Türkiyədə ən çox rast gəlinən və ölümə səbəb olan xərçəng növlərindən biridir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, xüsusilə kişilər arasında daha geniş yayılıb. Xəstəlik çox vaxt simptom vermədən inkişaf etdiyi üçün erkən diaqnoz həyati əhəmiyyət daşıyır.

Torakal cərrahiyyə üzrə mütəxəssis, Prof. Dr. Kamal Karapınar bildirib ki, təkcə Türkiyədə hər il 30 min yeni ağciyər xərçəngi hadisəsi qeydə alınır. Təəssüf ki, bu xəstələrin cəmi 25%-i əməliyyat üçün uyğun mərhələdə aşkar olunur. O, 40 yaşdan yuxarı və siqaret çəkən şəxslərə mütləq həkimə müraciət edib, tomoqrafiya müayinəsindən keçməyi tövsiyə edir.

Professor siqaretin, qəlyanın və elektron siqaretin ağciyər xərçənginə birbaşa səbəb olduğunu vurğulayaraq qeyd edib ki, hava çirkliliyi də xəstəliyin yayılmasında mühüm rol oynayır. Onun sözlərinə görə, siqareti tərgitmək riski azaltmaq üçün atılacaq ən vacib addımdır.

Xəstəlik adətən irəliləmiş mərhələdə ağızdan qan gəlməsi və sinə ağrısı kimi əlamətlərlə özünü göstərir. Buna görə də müntəzəm müayinələr və erkən müdaxilə həyat qurtara bilər. Mütəxəssis vətəndaşlara pulmonoloq və ya döş cərrahına vaxtında müraciət etməyi tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az