Xəstəliklər
Ağcaqanad dişləməsi ilə ötürülən
Xəstəliklər
96

Ağcaqanad dişləməsi ilə ötürülən təhlükəli xəstəliklər

İqlim dəyişikliyi fonunda ağcaqanadların yayılması dang qızdırması hallarının artmasına səbəb olur.

E-saglam.az xəbər verir ki, rusiyalı həkim Myasnikov bu həşəratlar vasitəsilə keçən ən məşhur xəstəliklərin adını çəkdi.

Malyariya - Ən çox yayılmış və təhlükəli xəstəliklərdən biridir. Ekspertin sözlərinə görə, qansoran dişləməsi nəticəsində yaranan infeksiya hər il yüz minlərlə insanın ölümünə səbəb olur.

Dang qızdırması - Tropik və subtropik bölgələrdə geniş yayılıb və yüksək hərarət, oynaq və əzələ ağrıları və potensial ölümcül hemorragik sindroma səbəb ola bilər.

Zika qızdırması - İnfeksiya adətən yüngül keçir, lakin hamilə qadınlar üçün son dərəcə təhlükəlidir və ciddi fetal malformasiyalara səbəb ola bilər.

Sarı qızdırma - Xəstəlik qızdırma, qaraciyərin zədələnməsi və digər ağır simptomlara səbəb olur.

Çikungunya qızdırması - İnfeksiya qızdırma və şiddətli oynaq ağrılarına səbəb ola bilər.

Qərbi Nil qızdırması - Çox vaxt xəstəlik asimptomatikdir, lakin bəzi hallarda ensefalit və meningit də daxil olmaqla ciddi nevroloji ağırlaşmalara səbəb ola bilər.

Filarioz - Bu, limfedema və filiyaza (limfatik filariaz) səbəb ola bilən parazitar xəstəlikdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun