Tibbi xəbərlər
Adi qaz sancısı hesab edirdi, xərçəng çıxdı, 6 ay ömür verdilər –
Tibbi xəbərlər

Adi qaz sancısı hesab edirdi, xərçəng çıxdı, 6 ay ömür verdilər – DNT-si onu necə sağaltdı?

2023-cü ilin yanvarında başlayan qaz sancıları Tuğrul Erşanın həyatını kökündən dəyişdi. O, bu ağrıların adi həzm problemi olduğunu düşünürdü.

E-saglam.az xəbər verir ki, ancaq müayinələr gözlənilməz bir həqiqəti ortaya çıxardı – qaraciyərində 5 santimetrlik şiş var idi. Şişin sürətlə böyüməsi ilə xəstəlik aqressiv şəkildə irəlilədi və metastaz verərək bütün bədəninə yayıldı. Həkimlər onun cəmi 6 ay ömrü qaldığını dedilər.

Həkimlər Tuğrul Erşanın dərhal əməliyyat olunmasına qərar verdilər. 11 saat davam edən çətin əməliyyat uğurla başa çatdı. Lakin xəstəlik dayanmadı – iki ay sonra aparılan müayinələr göstərdi ki, xərçəng yenidən qayıdıb və limfa düyünlərinə, sümüklərə, hətta ağciyərlərə yayılıb. Standart kimyaterapiya da təsir etmirdi.

Bütün bunlara baxmayaraq, Tuğrulun ailəsi ümidsizliyə qapılmadı. Qızı İstanbulda bir neçə onkoloqa müraciət etdi. Yalnız Tibbi Onkologiya Mütəxəssisi Prof. Dr. Mutlu Demiray fərqli bir müalicə təklif etdi. O, Tuğrulun genetik analizlərini apararaq fərdi yanaşma ilə müalicə üsulu seçdi. Kimyaterapiyanın təsirsiz olduğunu anlayan həkim, immunoterapiya və ağıllı dərmanlarla müalicəyə başladı.

Tuğrul hər ay bir dəfə xəstəxanaya gedib 3 saatlıq müalicə alırdı. Bu müalicənin heç bir yan təsiri yox idi. Bir neçə ay sonra aparılan müayinələrdə isə inanılmaz nəticə əldə olundu – qaraciyərdə, ağciyərlərdə və digər orqanlardakı şişlər tamamilə yox olmuşdu!

"Elm möcüzələr yaradır"

Prof. Dr. Mutlu Demiray bu müalicənin elmi əsaslarını belə izah edir:

"Biz xəstənin DNT və RNT analizlərini etdik və onun genetik xüsusiyyətlərinə uyğun fərdi müalicə tətbiq etdik. Standart kimyaterapiya təsirsiz olduğu üçün immunoterapiya və genetik hədəfli ağıllı dərmanlarla müalicəyə başladıq. Artıq 1 ildən çoxdur ki, xəstənin bədənində xərçəng hüceyrəsi yoxdur."

Həyatına 6 ay ömür biçilən Tuğrul Erşan artıq tam sağalıb. Onun hekayəsi sübut edir ki, elm və fərdi yanaşma ilə xərçənglə mübarizədə möcüzələr mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun