Acqarına qəhvə içməyin zərərləri - Bu xəstəliklərə səbəb olur
Acqarına qəhvə içməyin zərərləri - Bu xəstəliklərə səbəb olur

İnsanların çoxunun günə başladığı ilk işi kofe içməkdir. Ancaq acqarına içilən qəhvənin sağlamlıq üçün təhlükələri əksər insanlar tərəfindən bilinmir.

E-saglam.az  həmin zərərləri təqdim edir:

Qəhvənin doğru zamanda içildikdə çox faydalı bir içki olduğu bilinir. Bir çox insan günə qəhvə içmədən başlaya bilməz. Həm enerji verən, həm də zehni oyaq saxlayan qəhvə, ac qarına qəbul edildikdə orqanizmə zərər verə bilər. Qəhvə acqarına içildikdə orqanizmdə qəfil problemlər yarana bilər.

Mədəyə pis təsir edə və reflüyə səbəb ola bilər

Araşdırmalar göstərib ki, qəhvəni acqarnına içdikdə mədəyə pis təsir edir.

Bu səbəbdən qəhvə acqarına içilməməli, onunla qələvi qidalar qəbul edilməlidir. Qaynadılmış yumurta, avokadolu tost və ya yulaf əzməsi kimi qələvi qidaları qəbul etmək tövsiyə olunur.

Qəhvənin tərkibində kofein var. Kofein bədən tərəfindən 45 dəqiqə ərzində sorulur və qəbul edildikdən sonra 15 dəqiqə ilə iki saat arasında qan dövranında ən yüksək həddə çatır.

Qəhvə içdikdən sonra özünüzü əsəbi və narahat hiss edib-etmədiyinizi mütləq yoxlayın. Əgər özünüzü narahat hiss edirsinizsə, qəhvədən əvvəl yemək yeyərək bunun qarşısını ala bilərsiniz.

Mütəxəssislər gərginlik və ya narahatlıq yaşayan insanlara gün ərzində bir fincan qəhvədən çox olmamağı tövsiyə edir. Şiddətli narahatlığı olan bir insansınızsa, heç qəhvə içməmək bir həll yolu ola bilər. Çünki çox kofein bu insanlarda ürək döyüntüsünə səbəb ola bilər. Bu, xüsusilə acqarına qəbul edildikdə daha aydın ola bilər.

Saat 14.00-dan sonra mütləq qəhvədən uzaq durmalısınız, çünki bu saatda qəhvə içmək yuxu tərzinizə təsir edə bilər. Yatmadan təxminən altı saat əvvəl qəbul edilən təxminən 400 milliqram kofein yuxu vaxtınızı bir saatdan çox azalda bilər.

British Journal of Nutrition jurnalında aparılan araşdırmada səhərlər xüsusilə acqarına qara qəhvə içməyin insanların qan şəkərinə nəzarətdə əhəmiyyətli problemlər yaratdığı ortaya çıxıb. Ancaq daha əvvəl səhər yeməyi yeyən fərdlərin qan şəkəri səviyyəsində artım müşahidə edilməmişdir. /Bakupost.az