Tibbi xəbərlər
Açıq havada maska taxılmasına qarşıyıq
Tibbi xəbərlər

Açıq havada maska taxılmasına qarşıyıq

Həkimlər yaxın məsafə istisna olmaqla açıq havada maska taxılmasına birmənalı şəkildə qarşıdır.

E-saglam.az xəbər berir ki, bunu ARB-024-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Vüqar Qurbanov deyib. Obildirib ki, açıq havada maska məcburiyyətindənsə, maskadan düzgün istifadə daha əhəmiyyətlidir:

“Bu gün tətbiqolunan peyvəndlər Hindistan və Afrika ştammına təsir etməyə bilər. Buna görə dədiqqətli olmaq lazımdır. Çünki bəzən peyvənd olunanlarda virusa yoluxma və hətta ölümlə nəticələnmə halları müşahidə olunur. ÜST pandemiyanın bitməsinin anonsunu verməyənə qədər karantin və gigiyena qaydalarına riayət etməliyik.

Bu gün açıq havada maskanın taxılıb-taxılmaması müzakirə olunur. Biz həkimlər ilk gündən yaxın məsafə istisna olmaqla, açıq havada maska taxılmasına birmənalı şəkildə qarşı olmuşuq. İnsan var həftələrlə bir maskanı istifadə edir. Belə hallarda onun açıq və ya qapalı məkanda taxılmasının heç bir mənası yoxdur. Buna görə maskadan düzgün istifadə daha əhəmiyyətlidir”.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun