Tibbi xəbərlər
Açıq havada maska rejiminə qayıdılır
Tibbi xəbərlər
99

Açıq havada maska rejiminə qayıdılır

Gürcüstan hökuməti koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətləri sərtləşdirmək qərarına gəlib.

E-saglam.az xəbər verir ki, bu haqda məlumatı “Sputnik Gürcüstan” yayıb. Məlumata əsasən, pandemiya ilə mübarizə ilə bağlı Qurumlararası Koordinasiya Şurasının Operativ Qərargahının sədri Georgi Qibradze ölkədə qüvvəyə minəcək yeni məhdudiyyətlər barədə açıqlama verib.

Belə ki, Gürcüstanda sabahdan etibarən açıq məkanlarda maskadan istifadə məcburi olacaq.

“Avqustun 10-dan başlayaraq 5-dən çox insanın olduğu açıq məkanlarda da maskadan istifadə məcburi olacaq”, - deyə Qibrazde vurğulayıb.

Ölkədə maskadan məcburi istifadə ilə bağlı qaydalar iyunun 22-si ləğv edilmişdi.

Bununla yanaşı, Gürcüstanda toyların və digər kütləvi mərasimlərin keçirilməsinə nəzarət də gücləndirilir. Bildirilir ki, hər hansı obyekt tərəfindən bu qaydalar birinci dəfə pozulduqda həmin məkan 10 min lari (təqribən 3250 dollar) cərimə olunacaq. Eyni məkan qaydanı ikinci dəfə pozduqda isə obyekt bağlanacaq./medicina.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun