Tibbi xəbərlər
"Açıq havada maska məsələsinə baxılmalıdır" - Professor
Tibbi xəbərlər

"Açıq havada maska məsələsinə baxılmalıdır" - Professor

E-saglam.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Professor qarşıdan 4-cü dalğanın gəldiyini vurğulayıb:

"Yumşalmaya gedilir, bu isə sonra insanların psixologiyasına pis təsir edir. Bütün qərarlar düşünülüb verilməlidir. Qarşıdan Hindistan stammı, 4-cü mərhələ gəlir. Bu, Azərbaycanda olacaqmı? Əgər bu, Azərbaycanda yayılsa, özünü necə aparacaq? Bütün bunlar hamısı proqnozlaşdırılmalıdır. Elə qərarlar verilməlidir ki, sonra onu dəyişdirməyə ehtiyac qalmasın”.

Adil Qeybulla açıq havada maska taxmağın əleyhinə olduğunu qeyd edib:

"Qarşıdan istilər gəlir. Əgər 4-cü mərhələ başlasa və yenidən də qapanmaya gedilsə, bu, insanlara çox neqativ təsir edəcək. Ona görə də açıq havada maska məsələsinə baxılmalıdır. Qapalı mühitdə maskasız otururlar, yeyirlər, içirlər əylənirlər, amma çölə çıxanda maska taxırlar. Bu, absurd şeydir. Bunun qarşısı alınmalıdır”.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun