Tibbi xəbərlər
Açarlarınızı tez-tez itirirsiniz? Ekspertlər yaddaşı gücləndirən
Tibbi xəbərlər
13

Açarlarınızı tez-tez itirirsiniz? Ekspertlər yaddaşı gücləndirən sadə fəndləri açıqladı

Əşyaların yerini unutmaq əslində pis yaddaşdan çox, diqqətlə yaddaş arasındakı əlaqənin pozulmasıdır.

E-saglam.az xəbər verir ki, Psixologiya üzrə professor Daniel Şakter deyir ki, gündəlik tələskənlik və fikrin dağınıqlığı beynin informasiyanı kodlaşdırmasını zəiflədir, nəticədə açarı hara qoyduğunuzu xatırlamırsınız. Yəni, diqqət yetirilmədən edilən hərəkət yaddaşa düşmür.

Mütəxəssislər bildirirlər ki, yaddaş üç mərhələdən ibarətdir: kodlaşdırma, saxlama və xatırlama. Problemin kökü də birinci mərhələdə yaranır. İnsanlar tez-tez başqa şey haqqında düşündükləri üçün həmin əməli yaddaş qeyd etmir və sonra geri çağırmaq çətin olur. Şakter vurğulayır ki, ən yaxşı yol diqqəti qısa anlıq da olsa həmin hərəkətə yönəltməkdir.

Ən çox itirilən əşyalar — telefon, pulqabı, açar kimi predmetlər üçün sabit yer yaratmaq ən effektiv üsuldur. Psixoloqlar tövsiyə edir ki, bu əşyaları hər gün eyni yerə qoymaqla beynin avtomatik yaddaşını gücləndirmək olar. Bu vərdiş zamanla sizə düşünmədən düzgün addım atmağa kömək edir.

Daha az istifadə etdiyiniz papaq və əlcək kimi əşyalar üçün yaddaş tədqiqatçısı Mark MakDaniel sadə, amma təsirli üsul paylaşır. Əşyanı hara qoyduğunuzu ucadan demək yaddaşa daha güclü siqnal göndərir. Bu, həm diqqəti cəmləyir, həm də beyin üçün əlavə sözəl xətt yaradır. Daha detallı təsvir beynin həmin anı daha yaxşı yadda saxlamasına şərait yaradır.

Ekspertlər bildirirlər ki, yaddaş sarayı kimi texnikalar da işə yaraya bilər. Əşyaları qoyduğunuz yeri təsəvvür etmək, həmin ana səbəb-nəticə əlavə etmək xatırlama prosesini asanlaşdırır. Məsələn, “Papağımı stulun altına qoydum ki, masanı çirkləndirməsin”.

Əgər son dövrlərdə əşyaları itirmə halları nəzərəçarpacaq dərəcədə artıbsa və digər yaddaş çətinlikləri ilə müşahidə olunursa, həkimə müraciət etmək faydalı ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun