Tibbi xəbərlər
ABŞ tədqiqatçıları: COVID-19
Tibbi xəbərlər
249

ABŞ tədqiqatçıları: COVID-19 infarkt, insult və ölüm riskini artıra bilər

ABŞ-də tədqiqatçılar COVID-19-a yoluxanların növbəti üç ildə infarkt, insult və ölüm riskinin bu xəstəliyə tutulmayanlara nisbətən iki dəfə yüksək olduğunu müəyyənləşdiriblər.

E-saglam.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, “Atherosclerosis, Trombosis, and Vascular Biology” jurnalında dərc olunan araşdırmaya görə, Cənubi Kaliforniya Universiteti, Kaliforniya Universiteti (UCLA) və Ohayo ştatındakı Lerner Araşdırma İnstitutunun alimləri sağlamlıq qeydlərini tədqiq ediblər. Bu, 250 min adamın qeydiyyatda olduğu İngiltərədəki Biobank adlı baza üzərindən aparılıb.

Alimlər 2020-ci ildə COVID-19-a yoluxan xəstələrin Biobankdakı məlumatlarını eyni dövrdə xəstəliyə yoluxmayan 222 mindən çox insanın məlumatları ilə müqayisə ediblər. Məlumatlara görə, 2020-ci ildə COVID-19 peyvəndi buraxılmamışdan əvvəl bu xəstəliyə yoluxanlar 11 mindən çox olub. Tədqiqatçılar COVID-19-a yoluxan 11 mindən çox insandan təxminən 3 min nəfərin xəstəxanaya yerləşdirildiyinə diqqət çəkib. Bildirilib ki, infarkt, insult və ölüm riski digərləri ilə (yoluxmayanlar) müqayisədə daha çoxdur. COVID-19 xəstəliyi olan və bu səbəbdən xəstəxanaya yerləşdirilənlərin infarkt, insult və ölüm riskinin zamanla azalmadığı ifadə edilib. Qeyd olunub ki, xəstəliyin niyə bu qədər uzunmüddətli təsir göstərdiyi hələ məlum deyil.(Azərtac)

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun