ABŞ-nin keçmiş prezidentinin
ABŞ-nin keçmiş prezidentinin

Həkimlər və gerontoloqlar 100 yaşlı ABŞ-nin keçmiş prezidenti Cimmi Karterin uzunömürlü olmasının səbəblərindən birinin işini sevməsi olduğunu bildiriblər.

E-saglam.az xəbər verir ki, bu barədə “Today” məlumat yayıb.

Bildirilir ki, oktyabrın 1-i ABŞ-nin 39-cu prezidentinin 100 yaşı tamam olub. O, bu yaşa qədər yaşayan ilk Amerika prezidenti olub.

“Uzunömürlülük genlərin, davranışın, ətraf mühitin və şansın uzun illər ərzində birləşməsini əhatə edir”, - “Uzunömürlülük layihəsi”nin müəllifi və Kaliforniya Universitetinin psixologiya üzrə fəxri professoru, fəlsəfə doktoru Qovard Fridman izah edib.

Cənubi Kaliforniya Universitetinin gerontologiya professoru və Los-Ancelesdəki USC Uzunömürlülük İnstitutunun direktoru, fəlsəfə doktoru Valter Lonqo qeyd edib ki, Karterin uzunömürlülüyünə onun həyat eşqi və ictimai həyatda iştirak etmək istəyi səbəb olur.

“Günün sonunda sizi yataqdan qaldıran budur”, - Lonqo deyib.

Qeyd edək ki, 2023-cü ilin fevral ayından Karter doqquz ildir xərçənglə mübarizə apardığı üçün hospisdə (ağır xəstələr üçün qayğı mərkəzi) müalicə alır. (yeniavaz.com)
E-saglam.az