TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı ABŞ-ın Azərbaycandakı səfirinin müavini vəzifəsini icra edən Cey Sinqxlə görüşüb.
Bu barədə Ramin Bayramlı “Twitter” hesabında paylaşım edib:
“Bu gün ABŞ-ın Azərbaycandakı səfirinin müavini vəzifəsini icra edən Cey Sinqx, səfirliyin tibb şöbəsinin rəhbəri Conatan Manto, Layihələrin İdarəetməsi üzrə mütəxəssis Emin Məmmədli ilə səhiyyə sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması istiqamətində müzakirələr etdik”.