Tibbi xəbərlər
ABŞ kəşfiyyatı koronavirusun mənşəyi haqqında məruzəni dərc edib
Tibbi xəbərlər
118

ABŞ kəşfiyyatı koronavirusun mənşəyi haqqında məruzəni dərc edib

ABŞ-ın kəşfiyyat orqanı koronavirusun mənşəyinin 90 günlük araşdırmasını başa çatdırıb və ölkənin prezidenti Cozef Baydenə verilmiş məruzənin məxfiliyini açıqlayıb.

E-saglam.az-ın məlumatına görə, bu barədə “report” xarici mətbuata istinadən xəbər verir.

"ABŞ-ın kəşfiyyat orqanı bir sıra əsas məsələlər üzrə əsas razılığa nail ola bildi. Biz hesab edirik ki, virus (COVID-19) bioloji silah kimi hazırlanmayıb.

Əksər qurumlar az əminliklə SARS-CoV-2-nin genetik mühəndisliyin köməyi hazırlanmadığına inanırlar", - ABŞ-ın milli kəşfiyyat direktorunun ofisinin saytında dərc edilmiş məruzədə deyilir.

Qyd edək ki, dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya, Rusiya qərarlaşıb.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun