ABŞ-də üçüncü dəfə olaraq "Neuralink" çipi insan beyninə implantasiya edilib.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkətin qurucusu, məşhur sahibkar İlon Mask məlumat verib.
Mask bildirib ki, hazırda üç nəfərdə "Neuralink" cihazı uğurla işləyir və bu il ərzində daha 20-30 nəfərə çipin yerləşdirilməsi planlaşdırılır.
2016-cı ildə Mask tərəfindən təsis edilən "Neuralink" startapı, insan beyninə implantasiya edilə bilən yüksək texnologiyalı çiplər hazırlayır. Bu texnologiyanın məqsədi insanlara düşüncə vasitəsilə kompüterləri birbaşa idarə etməyə imkan verməkdir.
Şirkət, neyron interfeyslər vasitəsilə insan-makina əlaqəsində inqilabi yeniliklər təqdim etməyi hədəfləyir.
Tərcümə: Könül Oruc