Xəstəliklər
ABŞ-da heyvanların koronavirusa görə vaksinasiyasına başlanılıb
Xəstəliklər
238

ABŞ-da heyvanların koronavirusa görə vaksinasiyasına başlanılıb

ABŞ-ın şimal-şərqində yerləşən Yeni İngiltərə zooparklarındakı heyvanların koronavirusa qarşı peyvənd olunmasına başlanılıb.

Ərazidə bir dənə də olsun koronaviruslu heyvan müşahidə edilməyib, ancaq qurumun rəhbərliyi onları profilaktik olaraq “Zoetis” şirkətinin vaksini ilə peyvəndləməyə qərar verib.

E-saglam.az xəbər verir ki, zooparkdan bildirilib ki, peyvənddən sonra heyvanların vaksinə qarşı istənilən reaksiyasını izləyəcəklər.

Risk qrupuna daxil olan heyvanların tam peyvəndlənməsi üç-dörd həftə çəkəcək./oxu.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun