Tibbi xəbərlər
Abort etdirmək sonsuzluqla
Tibbi xəbərlər
297

Abort etdirmək sonsuzluqla nəticələnir

Ötən il Azərbaycanda 74 minə yaxın abort qeydə alınıb.

E-saglam.az xəbər verir ki, bu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında öz əksini tapıb.

Mütəxəssislər mövcud vəziyyətlə bağlı bildiriblər ki, bu kimi halların artması gələcəkdə ciddi problemlərdən xəbər verir.

Cərrah-Ginekoloq Günay Məmmədbəyli bildirib ki, müraciət edənlərin əksəriyyəti evlilikdən kənar olan, planlaşdırılmamış hamiləliklərdir:

"Abort etdirmək qadın orqanizminə ziyandır və sonsuzluq ilə nəticələnə bilir. Müraciət edənlərin yaş həddi isə 20-40 arasında olur".

Aborta üz tutan şəxsə tibbi və psixoloji zərərlə yanaşı, qanunvericilikdə prosesi həyata keçirən həkimin də məsuliyyətə cəlb olunması nəzərədə tutulur.

Hüquqşünas Emil Aslanov qeyd edib ki, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə 500 manatdan 1000 manatadək cərimə və ya altı ay müddətində cəzalandırılır:

"Qanunsuz abort etmə baş verirsə və bu zərərçəkmiş şəxsin ölümünə səbəb olursa, həmin şəxs "müəyyən vəzifə tutma" və "müəyyən fəaliyyətlə məşğul olmaq" hüququndan məhrum edilməklə üç-beş il müddətinə azadlıqdan məhrum edilir.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il üzrə doğumu qeydə alınmış 112 620 nəfərdən 59 814‑ü oğlan, 52 806‑sı isə qızdır. Cinslər arasındakı fərq 7 008 nəfərdir. Cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir.

Ətraflı Baku TV-nin süjetində:

 

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun