Tibbi xəbərlər
Abituriyentlər üçün Yeni Klinikada infotur təşkil olunub
Tibbi xəbərlər
68

Abituriyentlər üçün Yeni Klinikada infotur təşkil olunub

Hədəf Kurslarının 4-cü ixtisas qrupu üzrə ali məktəbə hazırlaşan abituriyentlərinin Yeni Klinika tibb müəssisəsinə infoturu təşkil olunub.

E-saglam.az xəbər verir ki, turun əsas məqsədi Yeni Klinika tibb mərkəzi ilə abituriyentləri tanış etmək, onlara gələcəkdə seçəcəkləri ixtisasla bağlı əyani məlumat vermək və qəbul imtahanlarında uğur qazanmaları üçün stimul yaratmaqdır.

Peşəkar həkim və tibbi heyətlə söhbət edərək onları maraqlandıran suallara cavab alan “həkim namizədlər” həmçinin tibb müəssisəsinin bir neçə şöbəsi ilə yaxından tanış olublar.

Sonda abituriyentlər təşkil olunan görüşün səmərəli keçdiyini qeyd edərək yaradılan şəraitə görə Yeni Klinika rəhbərliyinə və heyətinə təşəkkür ediblər.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun