Yandex watch
92 yaşlı qadının mədə-bağırsağından çıxanlar həkimləri ŞOKA saldı -

Türkiyənin Zonquldak vilayətində 92 yaşlı qadının mədə və bağırsağından 35 zeytun, 28 xurma toxumu və 5 daş çıxarılıb. 

Emlakbazari.az

E-saglam.az yerli mediaya əsasən xəbər verir ki, Qaradəniz Ereğli rayonunda 92 yaşlı Şərifə Ayın vəziyyəti pisləşərək, qusma və qarın ağrısı şikayətləri ilə xəstəxanaya aparılıb.

Tomoqrafiyada bağırsaqlarında və mədəsində yad cisimlər aşkarlanan Ayın qan dəyəri yüksək olduğu üçün təcili əməliyyat olunub.

Yaşlı qadının bağırsaqlarından 4 santimetrlik daş çıxarılıb. Sözügedən daşın bağırsağı deşdiyi və onun çürüməsinə səbəb olduğu müəyyən edilib. Əməliyyatla bağırsağın çürüyən hissəsi təmizlənib və sağlam hissələri birləşdirilib.

Daha sonra mədəsi yoxlanılanda çoxlu xurma və zeytun toxumlarının, həmçinin daşlaşmış toxumların olduğu görülüb.
İki saat davam edən əməliyyatdan sonra yaşlı qadının mədəsindən 28 xurma və 35 zeytun olmaqla 63 toxum və 5 daşlaşmış daş çıxarılıb.

''Bunun məni incidəcəyini düşünmürdüm''

Uzun illər fərqinə varmadan zeytun tumlarını zaman-zaman udduğunu ifadə edən Şerife Ay, "Zeytun tumlarını çətinlik çəkmədən və  fərqinə varmadan udurdum. Bunun olacağını bilmirdim. Yaşlandım və bir daha bunu etmərəm", - deyə yaşlı qadın bildirib.

Tərcümə: Könül Oruc

E-saglam.az